Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 08:26

Andres Herkel Azərbaycanla bağlı məruzə edəcək


Strasburqda olan hüquq müdafiəçiləri iyunun 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkellə görüşüblər. Bu barədə «Azadlıq» radiosuna Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva məlumat verib. Onun sözlərinə görə, Herkel həbsdə olan jurnalistlərin, eləcə də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynlinin vəziyyəti ilə maraqlanıb. O, iyunun 24-də Azərbaycanla bağlı məruzə edərkən bu məsələyə xüsusi diqqət ayıracağını vurğulayıb.


A.Abdullayeva AŞ rəsmiləri ilə görüşlər zamanı Cənubi Qafqaz üzrə xüsusi məruzəçinin təyini məsələsini də qabartdıqlarını vurğulayıb:


«Biz hələ Gürcüstanda olarkən çoxdan demokratik qüvvələrin birləşməsinin lazım gəldiyini demişdik. Burada gürcüləri inandırdıq və onlar təşəbbüsü dəstəkləyəcəklərinə söz verdilər».


XS
SM
MD
LG