Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:09

«AŞ PA-da Azərbaycanla bağlı müzakirələrin günü dəqiqləşdi»


Səməd Seyidov deyib ki, onun AŞ PA prezidenti ilə görüşü gözlənir
Səməd Seyidov deyib ki, onun AŞ PA prezidenti ilə görüşü gözlənir

«Avropa Şurasının xüsusiyyəti məhz tənqid etməkdir. Bizim işimiz isə odur ki, obyektivliyi üzə çıxaraq». Bunu jurnalistlərə müsahibəsində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.


İyunun 23-də AŞ PA Bürosunun iclası keçirilib və Assambleyanın yay sessiyasının gündəliyi təsdiqlənib. İclasda Azərbaycanın məsələsinin iyunun 24-də müzakirəyə çıxarılması qərara alınıb.


Səməd Seyidov deyib ki, onun AŞ PA prezidenti Luis Maria de Puiglə görüşü gözlənir. Puig sessiyadan sonra regiona gələcək. Büroda təsdiqlənib ki, Ermənistanda demokratik islahatlar istiqamətində kifayət qədər tərəqqi olmadığına görə fövqəladə müzakirə olsun. Ermənistanın məsələsi iyunun 25-i müzakirəyə çıxarılacaq. Bu sessiyada Qarabağ məsələsinə geniş yer ayrılacağı gözlənilmir.


Sessiya iyunun 27-nə qədər davam edəcək. Azərbaycanlı hüquq müdafiəçiləri də artıq Strasburqdadırlar.


XS
SM
MD
LG