Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:43

Dünyada 16 milyondan çox qaçqın var


BMT-nin Baş katibi Ban Ki-mun
BMT-nin Baş katibi Ban Ki-mun

«Ötən il dünyada qaçqınların ümumi sayı 16 milyonu keçib. Mən beynəlxalq icmaya səslənərək məcburi köçkünlüyün səbəblərini və bunun nəticələrini aradan qaldırmaq üçün səylərin daha da artırılmasına çağırıram».


BMT-nin Baş katibi Ban Ki-munun Ümumdünya Qaçqınlar Günü münasibətilə müraciətində belə deyilir. Onun sözlərinə görə, 1951-ci ildən etibarən insanların məcburi köçürülməsi daha mürəkkəb məsələyə çevrilib: «Qaçqını, aclıqdan xilas olmaq üçün sərhədi keçməyə çalışan insandan ayırmaq çox hallarda çətinlik yaradır. Əhalinin axını qarşılıqlı faktlar əsasında baş verir və insanların tez-tez yerdəyişmələrinə olan maneələr aradan qalxdığına görə məcburi köçkünlərin müdafiəsi getdikcə çətinləşir».


Baş katib deyir ki, resursların getdikcə azalması və ərzaq çatışmazlığı ilə daha da genişlənən münaqişə və yoxsulluq, iqlim dəyişikliyi kimi faktorlar gələcəkdə təhlükəsizliyin təmini sahəsində vəziyyətin pisləşməsinə səbəb ola bilər.



Hər il iyunun 20-si dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG