Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:30

«İlin sonuna ölkənin valyuta ehtiyatları 20 milyard dollara çatacaq»


«Yeni Azərbaycanın əsası bu binada qoyulub»
«Yeni Azərbaycanın əsası bu binada qoyulub»

«İlin sonuna ölkənin valyuta ehtiyatları 20 milyard dollara çatacaq. Yaxın illərdə isə Dövlət Neft Fondunun vəsaiti yüzlərlə milyard dollara çatacaq və gələcək nəsillər üçün saxlanacaq».


Prezident İlham Əliyev iyunun 19-da Milli Məclisdə Azərbaycan parlamentinin 90 illiyinə həsr olunmuş iclasda belə deyib.


İ.Əliyev bir daha təkrar edib ki, Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Onun sözlərinə görə, bütün işğal olunmuş ərazilər azad edildikdən və qaçqınlar doğma yurdlarına qayıtdıqdan sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlar başlaya bilər.


«Yeni Azərbaycanın əsası bu binada qoyulub», - deyən prezident bildirib ki, Azərbaycanda hakimiyyətin bütün qolları bir komanda kimi fəaliyyət göstərir.


Sonra xarici qonaqların təbrik çıxışları olub.


İclasda çoxsaylı xarici qonaqlar, o cümlədən, dörd ölkə parlamentinin spikerləri, 18 dövlətin qanunverici orqanlarının vitse-spikerləri, dünyanın 102 ölkəsindən parlament nümayəndə heyətləri iştirak ediblər.


İlk Azərbaycan parlamenti Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) yaradılıb. Bu, Şərqdə ilk demokratik respublikanın parlamenti idi. AXC-nin parlamenti 17 ay mövcud olub. O, 145 iclas keçirib, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarıb, onlardan 230-u qəbul edilib.


«Turan»


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG