Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

«Mən türkəm» şüarını yazan məktəbli yenidən həbs olundu


16 yaşlı Təbriz məktəblisi Məhəmmədrza Əvəzpur
16 yaşlı Təbriz məktəblisi Məhəmmədrza Əvəzpur

16 yaşlı Təbriz məktəblisi Məhəmmədrza Əvəzpur İslam İnqilab Məhkəməsinin 118-ci Təbriz bölümü tərəfindən islam inqilabının liderini təhqir etmə ittihamı ilə 6 ay həbsə məhkum edilib. Hazırda məhkəmə qərarından şikayət verməyə hazırlaşan məktəblinin qardaşı Mustafa Əvəzpur deyir ki, Məhəmmədrzanın hökmü onun ötən ilki həbsi ilə bağlıdır. Məktəblini parkda dincələrkən bəsic yarımhərbi patrul üzvləri həbs etmişdilər.


Mustafa Əvəzpur deyir ki, Məhəmmədrzaya qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır. Məhəmmədrza Əvəzpur bundan öncə də dəfələrlə həbs edilib. 2006-cı ilin aprel ayında və 2007-ci ilin sentyabrında həbs olunan Əvəzpurun üzərində daha iki məhkəmə hökmü var. Onu divarda «Mən türkəm» şüarını yazdığına görə pantürkizmdə və dövlət əleyhinə fəaliyyətdə günahlandırıblar.


Beynəlxalq Amnistiya Təşkilatı 2006-cı ilin mayında həbs olunduğu zaman Əvəzpura işgəncə verilməsinə qarşı etiraz kampaniyası başlamışdı. Həmin vaxt 14 yaşlı məktəblinin iki sutka ayağından asılı vəziyyətdə saxlandığı, ona su, çörək və ayaqyolundan istifadə imkanı verilmədiyi bildirilirdi. Mustafa Əvəzpur qardaşının üzləşdiyi işgəncələr, ağır cinayətkarlarla eyni kamerada saxlanması və basqı nəticəsində psixoloji sarsıntı keçirdiyini deyir.


2006-cı ildəki həbsi zamanı Məhəmmədrza ilə birgə onun qardaşları Mustafa və Murtuza da həbs olunmuşdular. Mustafa Əvəzpur deyir ki, ailəsinin basqı altında olmasına səbəb onların milli-mədəni hüquqlar uğrunda mübarizəsidir.


Məhəmmədrza Əvəzpurun bundan öncəki məhkəmə işlərindən 9 aylıq çəkilməmiş həbs cəzası var. Həmin hökmlər və son məhkəmə hökmü ilə bağlı verdiyi şikayətlər təmin olunmazsa, onu 15 aylıq həbs gözləyir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG