Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:53

Emin Hüseynov xarici ölkələrdə müalicə olunmaq təklifi alıb


Həkimlər Emin Hüseynova beyin silkələnməsi diaqnozu qoyublar
Həkimlər Emin Hüseynova beyin silkələnməsi diaqnozu qoyublar

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov xarici ölkələrdə müalicə olunmaq təklifi alıb. Hüseynov «Azadlıq» radiosuna deyib ki, bir neçə beynəlxalq təşkilat onun Avropanın və ya ABŞ-ın ən yaxşı tibbi klinikalarının birində 2-3 həftəlik müalicə kursu keçməsini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb.


Ancaq o, buna ehtiyac görmədiyi üçün təkliflərdən imtina edib. E.Hüseynov deyib ki, hələ də özünü yaxşı hiss etmir. Bununla belə, müalicəsini Azərbaycanda davam etdirmək niyyətindədir.


E.Hüseynov hazırda Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunur. Onu müalicə edən həkimlər jurnalistin səhhətində artıq problem qalmadığından onun evə buraxıla biləcəyini bildiriblər.


RATİ rəhbəri Emin Hüseynov iyunun 14-də Çe Gevaranın 80 illiyilə bağlı keçirilən mərasimdə iştirak etdiyi üçün aparıldığı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində döyüldüyünü söyləyir. Polis isə onun bunu təkzib edir.


Həkimlər Emin Hüseynova beyin silkələnməsi diaqnozu qoyublar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG