Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Azərbaycan və İran regional enerji şəbəkəsi yaradacaqlar


«İdeya baş tutsa, Gürcüstan, Türkiyə və Rusiya da bu şəbəkəyə qoşulacaqlar»
«İdeya baş tutsa, Gürcüstan, Türkiyə və Rusiya da bu şəbəkəyə qoşulacaqlar»

Azərbaycanla İran regional enerji şəbəkəsinin yaradılması üzrə razılığa gəliblər. Bu barədə «Azadlıq» radiosuna Sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.


O, deyib ki, yeni sistem bu ölkələrin enerji təhlükəsizliyinin təminatı və Avropaya birlikdə enerji ixracına imkan yaradacaq.


İdeya baş tutsa, Gürcüstan, Türkiyə və Rusiya da bu şəbəkəyə qoşulacaqlar. Nazir deyib ki, hətta Türkmənistan da bu layihədə iştiraka razıdır:


«Amma bu hələlik, sadəcə konsepsiyadır və bizim ölkələr üçün çox vacibdir. Əsas məqsəd odur ki, bütün milli sistemlərimizi vahid sistemə çevirək və paralel rejimdə işləyək. Region ölkələrinin bütün enerji sistemləri bir-birinə bağlı olmalıdır. Bu şəraitdə ölkələr çətinə düşəndə bir-birinə kömək edirlər».


Məsələ iyunun 18-də İranın enerji naziri Pərviz Fəttahın Bakıdakı danışıqlarında müzakirə olunub. İki ölkənin enerji nazirləri səviyyəsində, habelə Azərbaycandan İran vasitəsilə Türkiyəyə elektrik enerjisinin nəqli və Azərbaycanla İranın enerji sektoruna qarşılıqlı investisiya yatırılması məsələləri üzrə işçi qrupun yaradılması barədə razılığa gəlinib.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG