Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:36

Avstriya-Almaniya 3-3


Avstriya və Almaniya məşqçilərinin mübahisəsi onların meydandan qovulması ilə nəticələndi
Avstriya və Almaniya məşqçilərinin mübahisəsi onların meydandan qovulması ilə nəticələndi
Bu başlığı kobud xəta kimi qəbul etməyə tələsməyin. Söhbət futbolçulardan deyil, Avropa Çempionatını işıqlandıran jurnalistlərdən gedir. “B” qrupunun həlledici oyunundan cəmi bir saat əvvəl alman və avstriyalı jurnalistlər Vjanada bir araya gəlib yoldaşlıq oyunu keciriblər. Görüş heç-heçə ilə nəticələnib. Lakin oyunun son dəqiqələrinə qədər Avstriya jurnalistləri hesabda irəli olub, 3-2. Lap 30 il əvvəl Argentinada keçirilən dünya çempionatında qarşilaşan Avtstriya-Almaniya yığmalarının oyununda olduğu kimi. Lakin alman jurnalistləri son dəqiqədə 11metrlik cərimə zərbəsindən hesabı bərabərləşdirib tarixin təkrar olunmasının qarşısını alib. Oyundan dərhal sonra tərəflər birlikdə yaxınlıqdakı Ernst-Happel stadionuna tələsib.

Burada, əsl oyunda onları elə bir nadir hadisə gözləyirdi ki, onu işıqlandırmaq heç də hər jurnalistə nəsib olmur. Gərgin keçən oyunda Almaniya Mikael Balakın sərbəst zərbədən vurduğu yeganə qoldan sonra qələbə qazandı. Yeri gəlmişkən, bu zərbənin surəti saatda 121 km idi. Oyun ümümilikdə olduqca gərgin keçdi. O qədər gərgin ki, 40-cı dəqıqədə ehtiraslarını cilovlaya bilməyən Avstriya millisinin məşqçisi Yosef Hickersberqer Almaniyalı həmkarı Yoaxim Lövə yaxınlaşaraq onunla mübahisəyə başladı. Nəticədə, hakim Manuel Mayuto Qonzales hər ikisini tribunaya göndərərək meydandan uzaqlaşdırdı. Məşqçilərin meydanı tərk edərkən bir-birinin əlini sıxması da diqqəti cəlb etdi. Tribunada Yoaxim Lövə ilk təsəlli verən Almaniyanın kansleri Anqelika Merkel idi.


Jurnalistlətin isə qarşısında çox ağır bir vəzifə dururdu. Hamını maraqlandıran suallara cavab tapmaq: məşqçilərin çılğınlığının səbəbi nə idi. Mübahisə zamanı bir-birinə nə deyirdilər və s.


XS
SM
MD
LG