Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

ATƏT insan alverinə qarşı xüsusi struktur yaradılmasını istəyir


ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Yeva Biaudet
ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Yeva Biaudet

ATƏT istəyir ki, Azərbaycanda əsas funksiyası insan alverinin vəziyyətilə bağlı məruzələr hazırlamaq olan xüsusi struktur yaradılsın.


Bunu ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Yeva Biaudet bildirib. O, deyib ki, belə struktur çox ölkələrdə var.


Biaudet Bakıya iyunun 15-də gəlib. Onun məqsədi Azərbaycana ATƏT qarşısındakı öhdəliklərini xatırlatmaq və bu öhdəliklərin necə yerinə yetirildiyini izləməkdir.


ATƏT-in Bakı Ofisinin demokratikləşmə şöbəsinin əməkdaşı Məryəm Hacıismayılova «Azadlıq» radiosuna deyib ki, xüsusi nümayəndə insan alveri ilə mübarizə sahəsində məhsul şəxslərlə görüşəcək və problemlərlə bağlı tövsiyəsini verəcək:


«Yeva Biaudet 56 ölkədə məlumat toplayır. O, Azərbaycan tərəfini trafikinq sahəsində mövcud çətinliklərlə bağlı digər ölkələrin təcrübəsi ilə məlumatlandıra bilər».


ATƏT nümayəndəsinin səfəri iyunun 20-dək davam edəcək. Bu müddətdə o, Milli Məclis, Daxili İşlər və Ədliyyə nazirlikləri, Prokurorluq orqanlarında danışıqlar aparacaq, yerli QHT-lərlə görüşəcək.


XS
SM
MD
LG