Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:32

Rusiyanın xüsusi xidmətlərinə casusluqda təqsirləndirilənlərə hökm oxunub


İstintaq materiallarına əsasən, təqsirləndirilənlər Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər
İstintaq materiallarına əsasən, təqsirləndirilənlər Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər

İyunun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə Bakı aeroportunun Təhlükəsizlik Xidmətinin bir qrup yüksək vəzifəli əməkdaşına hökm oxunub. Məlumatı «Turan» yayıb.


Aeroportun Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Emil Süleymanov əmlakı müsadirə olunmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Ona azad olunduqdan sonra 3 il dövlət qulluğunda işləmək qadağan edilib.


Məhkəmə həmçinin Milli Təhlükəsizlik Nazirliyinə (MTN) E.Süleymanovun polkovnik rütbəsindən məhrum edilməsi haqqında təqdimat göndərilməsi barədə xüsusi qərar çıxarıb.


Aeroportun operativ xidmətinin sabiq rəhbəri Tamerlan Mayılov və mühəndis-elektronika üzrə mütəxəssis Tahir Əsədzadə isə 2,5 il müddətinə azadlıqdan məhrum edilib.


«Azal»ın keçmiş mühəndis-proqrammisti Faiq Quliyev də 2,5 il müddətinə azadlıqdan məhrum edilib.


MTN-in polkovnik-leytenantı Rafət Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hamısı cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Azad edildikdən sonra onlara 2 il dövlət qulluğunda çalışmaq qadağan olunub.


İstintaq materiallarına əsasən, təqsirləndirilənlər Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. Rusiya xüsusi xidmət orqanlarına Azərbaycana səfər edən yüksək səviyyəli xarici nümayəndə heyətləri haqqında məlumatlar, Azərbaycan xüsusi xidmət orqanları zabitlərinin fotoşəkillərini ötürüblər.


Həmçinin aeroportun bütün ərazisini, dövlət başçısının hökumət üzvləri və xarici nümayəndə heyətləri ilə görüşləri zamanı danışıqlarını dinləyiblər.


Müdafiə tərəfinin ittihamla bağlı mövqeyi məlum deyil.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG