Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:11

500-dən çox tələbə qeyri-qanuni ali təhsil alıb


TQDK sədri qeyri-qanuni qəbul aparan ali məktəblərin adlarını açıqlamaqdan imtina edib
TQDK sədri qeyri-qanuni qəbul aparan ali məktəblərin adlarını açıqlamaqdan imtina edib

Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul olmaq istəyən bakalavrların 510-nun ali məktəblərə qeyri-qanuni daxil olduğu aşkarlanıb. Bu barədə iyunun 13-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu rəqəm arta da bilər.


Abbaszadənin bildirdiyinə görə, həmin bakalavrların dövlət diplomları olduğuna görə, TQDK onların magistraturaya sənədlərini qəbul etməyə məcburdur.


TQDK sədri qeyri-qanuni qəbul aparan ali məktəblərin adlarını açıqlamaqdan imtina edib. O, yalnız həmin bakalavrların müxtəlif illərin məzunları olduğunu bildirib.


Abbaszadənin qeyd etdiyi kimi, TQDK ali məktəblərə qeyri-qanuni tələbə qəbulu faktları ilə bağlı ölkə rəhbərliyinə müraciət edəcək.


Hazırda TQDK-nın binasında həmin bakalavrların magistraturaya sənəd verməsi üçün növbə yaranıb. Magistraturaya sənədlər iyunun 5-dən 14 nə qədər qəbul olunur. (Trend)


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG