Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:48

Venesiya Komissiyasının gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib


«Hakimiyyət hansısa dəyişiklik etməyə məcbur ola bilər»
«Hakimiyyət hansısa dəyişiklik etməyə məcbur ola bilər»

İyunun 13-də Avropa Şurası Venesiya Komissiyasının (VK) 75-ci sessiyası başlayır. Komissiyanın gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib. İki gün davam edəcək sessiyada əvvəlcə VK-nın üzvlərinə Azərbaycanın «Sərbəst toplaşmaq azadlığı haqqında» qanununa dəyişikliklər barədə məlumat veriləcək, daha sonra Seçki Məcəlləsinə edilmiş dəyişikliklər müzakirə ediləcək.


Komissiyanın üç üzvü bu sənədə rəy verəcək. Sessiyada Azərbaycandan Prezidentin İcra Aparatının şöbə müdirləri Şahin Əliyev, Fuad Ələsgərov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edəcəklər.


Yerli şərhçilərin fikrincə, Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyi müsbət olmayacaq. Çünki komissiyanın Azərbaycan hökumətinə verdiyi tövsiyələrin bir qismi, xüsusən də seçki komissiyalarının paritet əsasda formalaşması, yəni iqtidarla müxalifət arasında bərabər bölüşdürülməsi məsələsi yeni qanunda nəzərə alınmayıb.


Keçmiş Seçki Monitorinq Mərkəzinin sərdi Anar Məmmədli:


«Mənə elə gəlir ki, Seçki Məcəlləsi ilə bağlı Venesiya Komissiyasının rəyi bir o qədər də optimist olmayacaq. Daha çox nəzərə çatdırılacaq ki, komissiyanın bundan öncə irəli sürdüyü tövsiyələrin bir qismi sənəddə yer almayıb».


Hələ Seçki Məcəlləsinə dəyişiklikdən əvvəl VK-nın azərbaycanlı üzvü Lətif Hüseynov mətbuata demişdi ki, ko­mis­siya­nın sənədlə bağ­lı ra­zı­laş­ma­dığı mə­qam­lar var. Və Məc­əl­lə bu şə­kil­də qə­bul edi­lər­sə, prob­lem olac­aq.


Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev isə deyir ki, Venesiya Komissiyası Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə mənfi rəy verə bilməz. Onun sözlərinə görə, müzakirələrdə səslənəcək fikirlərin prosesə heç bir təsiri olmayacaq. Çünki qanun artıq qəbul olunub.


Müsavat Partiyasının funksioneri Arif Hacılı isə bu fikirlə razılaşmır. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası öz prinsiplərinə sadiq qalsalar, seçkiyədək Məcəlləyə bir daha dəyişiklik edilməsinə nail olmaq olar:


«Dəfələrlə olub ki, beynəlxalq təşkilatların təpkisindən sonra Seçki Məcəlləsində dəyişikliklər baş verib. Əgər beynəlxalq strukturlar öz üzərilərinə düşən vəzifələri yerinə yetirsələr və demokratiya məsələlərində ikili standartlara yol verməsələr, şübhəsiz ki, Azərbaycan hakimiyyəti düşünməyə və hansısa dəyişiklik etməyə məcbur ola bilər».


Avropa Şurası Venesiya Komissiyasının 75-ci sessiyası iyunun 14-də başa çatacaq.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG