Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 00:19

Rüşvət alan hakimlərin səlahiyyətlərinə xitam verilib


«3 hakim işdən çıxarılıb, 3 hakim isə aşağı vəzifəyə keçirilib»
«3 hakim işdən çıxarılıb, 3 hakim isə aşağı vəzifəyə keçirilib»

Son iki ildə 50-də artıq hakim haqqında iltizam icraatı aparılıb. Ötən il isə 30 hakim vəzifəsindən azad edilib. Bu barədə Milli Məclisin iclasında Dövlət quruculuğu və hüquq siyasəti komissiyasının sədri Əli Hüseynov məlumat verib.


O, ötən il korrupsiyaya görə 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyini, 3 hakimin isə aşağı vəzifəyə keçirildiyini deyib.


Parlament iyunun 13-də keçirilən iclasında Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, həmçinin Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərinin apelliyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi məsələsini müzakirəyə çıxarıb.


Sumqayıt şəhər məhkəməsinin hakimi Gülnarə Tağızadənin həmin şəhərin apelliyasiya məhkəməsinə hakimliyinə namizədliyinin irəli sürülməsi bir sıra deputatların narazılığına səbəb olub. Deputatlar İqbal Ağazadə və Pənah Hüseyn bu hakimin Sərdar Cəlaloğlunun işi ilə çıxardığı hökmün Avropa İnsan Haqları Məhkəməsi tərəfindən ləğv edildiyini bildiriblər. Onlar hesab edir ki, bu hakimin daha yuxarı instansiyaya irəli çəkilməsi düzgün deyil.


Müzakirələrdən sonra deputatlar səs çoxluğu ilə bütün hakimlərin namizədliyini təsdiq ediblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG