Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 22:59

Təhsil Nazirliyinin qarşısında etiraz


Testin nəticələrindən narazı qalanlar Nazirliyə ərizə ilə müraciət edə bilərlər
Testin nəticələrindən narazı qalanlar Nazirliyə ərizə ilə müraciət edə bilərlər

İyunun 11-də yüzlərlə şagird və valideyn Təhsil Nazirliyinin qarşısına şikayətə toplaşıblar. Onlar bir neçə gün əvvəl orta məktəblərdə keçirilmiş mərkəzləşdirilmiş test imtahanının nəticələriylə razılaşmadıqlarını bildiriblər.


«Azadlıq» radiosu ilə söhbətlərində şagirdlər əsasən coğrafiya, kimya və bilogiya fənnlərindən kəsildiklərini deyiblər. Onlar sınaq imtahanından aldıqları qiymətin nəticələrdə nəzərə alınmamasından şikayətləniblər.


Təhsil Nazirliyindən şikayətçilərə deyiblər ki, testin nəticələrindən narazı qalanlar iyunun 17-nə kimi Apellyasiya Komissiyasına ərizə ilə müraciət edə bilərlər.


İyunun 6-da orta məktəblərin 11-ci sinif şagirdləri sonuncu mərkəzləşdirilmiş test imtahanı veriblər. Testdə ölkə üzrə 43 faiz şagird iştirak edib. İyunun 10-u axşam testin nəticələri açıqlanıb. Nəticələrə görə, 52.000 şagirddən 2.000-i 2-i alıb.


Mərkəzləşdirilmiş testdən qabaq şagirdlər bir neçə dəfə sınaq imtahanları verirlər.


Gələn il testin bütün orta məktəblərdə keçirilməsi planlaşdırılır.


Mərkəzləşdirilmiş test imtahanı Azərbaycanda ötən ildən tətbiq olunur.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG