Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:53

Vaxt kimin xeyrinə işləyir?


Politoloqlar prezidentlərin Sankt-Peterburq görüşündən sonrakı vəziyyəti müzakirə edib
Politoloqlar prezidentlərin Sankt-Peterburq görüşündən sonrakı vəziyyəti müzakirə edib

İyunun 11-də «Novosti» Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan və Ermənistan politoloqlarının ilk virtual dialoqu baş tutub. Müzakirələrdə Azərbaycan tərəfindən politoloqlar Fikrət Sadıqov, Eldar İsmayılov və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ermənistan tərəfdən isə politoloq Aleksandr İsgəndəryan, Ermənistanın Milli Demokratlar Partiyasının lideri Şarvaş Koçaryan iştirak ediblər.


Dialoqa həmçinin rusiyalı politoloq Sergey Markedonov və «RİA-Novosti»nin rəhbərliyi də qatılıb.


Müzakirələr əsasən prezidentlərin Sankt-Peterburq görüşündən sonra yaranmış vəziyyət, xalqların nə edə biləcəkləri ətrafında gedib.


Azərbaycanlı politoloqlar vaxtın Azərbaycanın xeyrinə işlədiyini, Azərbaycanın getdikcə inkişaf etdiyini vurğulayıblar.


Ermənistan tərəfinin arqumenti isə bunun əksidir. Onlar iddia edirlər ki, vaxtın uzanması münaqişənin həllini çətinləşdirir. Onların dediyinə görə Dağlıq Qarabağda administrasiya formalaşır və ildən-ilə özlərini beynəlxalq ictimaiyyətə tanıtmağa çalışırlar.


Rusiyalı politoloqlar deyirlər vaxt heç kimin xeyrinə işləmir. Nə lazımdırsa bunu indi etmək lazımdır.


XS
SM
MD
LG