Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:14

Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı təsdiq edildi


Prezident İlham Əliyev 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


Sənəddə proqramın qəbulu vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədi ilə əsaslandırılır.


Sərəncamda Dövlət Proqramının əlaqələndirici orqanı Təhsil Nazirliyi müəyyən edilir.


Nazirlər Kabineti bu sənəddən irəli gələn məsələləri həll etməlidir.


XS
SM
MD
LG