Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

«Mənə də müxtəlif şayiələr gəlib çatır»


«İmtahanlardan qabaq valideynlərə müraciət etmişdim ki, heç yerə getməsinlər»
«İmtahanlardan qabaq valideynlərə müraciət etmişdim ki, heç yerə getməsinlər»

Təhsil naziri Misir Mərdanov orta məktəblərin buraxılış imtahanlarında rüşvət hallarının olması barədə məlumatları təkzib edib. O, deyib ki, belə şayiə yayanlar təhsildəki uğurları şübhə altına alırlar:


«Mənə də müxtəlif şayiələr gəlib çatır. Amma tam məsuliyyətlə deyirəm ki, bunlar şayiə olaraq qalır. İmtahanlardan qabaq valideynlərə bir neçə dəfə müraciət etmişdim ki, heç yerə getməsinlər. Yalnız uşaqlarının biliyinə və bacarığına əsaslansınlar. Təəssüf ki, hələ də cəmiyyətdə şayiələrə gedənlər var. Buna baxmayaraq, biz məsuliyyətimizi dərk edirik və israrla bu işi aparacağıq».


Bununla yanaşı, nazir orta məktəb direktorlarının buraxılış imtahanlarına təsirini istisna etməyib. Deyib ki, «hətta otaq nəzarətçilərinin də belə təsiri var və bunun qarşısını almaq çətindir».


Eyni zamanda, cənab Mərdanov vurğulayıb ki, belə halların sayı getdikcə azalır:


«Əsas məqsədimiz cəmiyyətin inamını qazanmaqdır».


Nazir onu da deyib ki, orta məktəb məzunlarına attestatların verilməsində narahatlıq olmayacaq. Mərkəzləşdirilmiş qaydada imtahanlar vermiş şagirdlərin attestat qiymətləri nazirlik tərəfindən müəyyənləşəcək və yekun nəticə internet saytda yerləşdiriləcək.


Buraxılış imtahanlarının nəticəsi iyunun 10-da açıqlanacaq. Attestatların qiyməti isə dörd gündən sonra elan olunacaq.


Nazir deyib ki, attestat qiymətləri altı parametrdən asılıdır. Əvvəlki qiymətlər və sınaq imtahanlarının da nəticəsi nəzərə alınacaq.


Azərbaycan məktəblərinin bəzilərində mərkəzləşdirilmiş buraxılış imtahanı ötən ildən tətbiq olunub. Bir sıra valideynlər testlərin keçirilməsi və məzunlara attestatların verilməsi zamanı rüşvət hallarının olduğunu iddia edirlər.


Buna da bax:

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG