Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:32

ANS-in «Yeni Müsavat»a qarşı məhkəmə prosesi iyulun 14-nə təyin olunub


ANS «Yeni Müsavat»dan 60 min manat təzminat istəyir
ANS «Yeni Müsavat»dan 60 min manat təzminat istəyir

İyunun 9-da Binəqədi Rayon Məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə ANS Müstəqil Yayım və Media Şirkətinin «Yeni Müsavat» qəzetinə qarşı mülki iddiası üzrə hazırlıq iclası keçirilib. Bu barədə «Turan»a Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan (RATİ) bildiriblər.
Məlumata görə, iclasda iddiaçı tərəfin nümayəndəsi Sevda Məhərrəmova və «Yeni Musavat» qəzetindən Azər Ayxan iştirak edib. Məqalənin müəllifi S.Ələsgərli hazırlıq iclasına qatılmayıb.


İddiaçı tərəfin nümayəndəsi qəzetə qarşı iddianı müdafiə edib və o, ANS-in işgüzar nüfuzunun müdafiəsini və dəymiş zərərin ödənilməsini istəyib.


S.Məhərrəmova «Yeni Müsavat»dan 50 min manat və müəllifdən 10 min manat təzminat istəyib. Cavabdehin nümayəndəsi Azər Ayxan isə iddianı qəbul etməyib və hakimə etiraz məktubu verib. Onun sözlərinə görə, məqalədə şirkətin işgüzar nüfuzuna xələl gətirən heç bir söz yoxdur.


Hakim məhkəmə baxışını iyulun 14-nə təyin edib.
İddiaya «Yeni Müsavat» qəzetinin 13 may 2008-ci il tarixli sayında dərc olunmuş S.Əsgərli adlı müəllifin «Hərbi nazir aparat rəhbərinə qarşı» başlıqlı məqaləsi səbəb olub. Məqalədə deyilir ki, «müdafiəmizin başındakı adamla özəl telekanal arasındakı «dadlı» əlaqələr siyasi dirəniş mərkəzinə çevrilməkdədir». Həmçinin yazıda bildirilir ki, «burada televiziyaya yaxın şirkətin istehsalı olan «Dadlılar» makaronu da rol oynayır. Bu makaron ordunun şəxsi heyəti, o cümlədən hərbi məktəblərin müdavimlərinin qida rasionuna daxildir».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG