Bakının ətrafında (Mərdəkan dairəsində) dairəyə daxil olarkən növbəti beton qarışdıran yük maşını aşıb. Baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanlar barədə məlumat yoxdur. «Trend» xəbər verir ki, hadisə yerində dövlət yol-patrul xidmətinin əməkdaşları çalışır.
Eyni hadisə, may ayının sonlarında da baş verib. Beton qarışdıran yük maşını aşaraq yaxınlıqdakı «Opel» markalı minik avtomobilini əzmişdi. Nəticədə avtomobilin sürücüsü həlak olmuşdu.