Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) iyunun 7-də keçirilən qurultayında partiya sədri, deputat Qüdrət Həsənquliyevin prezidentliyə namizəd olması haqqında qərar qəbul olunub. «BAXCP mütləq oktyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək», -deyə Q. Həsənquliyev bildirib.
BAXCP öz sədrinin prezidentliyə namizədliyini irəli sürən altıncı partiyadır. Buna qədər Müsavat (İsa Qəmbər), Ümid (İqbal Ağazadə), Böyük Quruluş (Fazil Qəzənfəroğlu), Demokrat (Sərdar Cəlaloğlu) və Yaşıllar (Mais Güləliyev) partiyaları da öz sədrlərini prezidentliyə namizəd elan ediblər. «Azadlıq» bloku seçkilərə qatılmaqdan imtina edib.
Hakim Yeni Azərbaycan Partiyası təşkilatın sədri, prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini açıqlayıb.
Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.