Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 19:58

İyunun 7-dən Mərdəkan və aeroporta getmək çətinləşir


İyunun 7-dən Bakı-Mərdəkan şossesinin Heydər Əliyev-Ağa Nemətulla hissəsindən nəqliyyatın hərəkəti qeyri-müəyyən müddətə tam bağlanacaq. Bu haqda Dövlət Yol Polisi İdarəsinin (DYPİ) yaydığı məlumatda deyilir. Bağlanma həmin yerdə yol-tikinti işlərinin aparılması ilə əlaqələndirilir.


DYPİ sürücülərdən Bakıdan Mərdəkana, aeroporta və əksinə alternativ yollardan, xüsusilə Hövsan-aeroport yolundan istifadə etməyi xahiş edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG