Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:27

İran da Azərbaycan qazının müştərisi olmaq istəyir


İranın Xarici İşlər nazirinin müavini Əlirza Şeyx Əttar
İranın Xarici İşlər nazirinin müavini Əlirza Şeyx Əttar

İran Azərbaycanın «Şahdəniz» yatağındakı qazın istismarı və nəqlində iştirak etmək istəyir. Bunu İranın Xarici İşlər nazirinin müavini Əlirza Şeyx Əttar Bakıda bəyan edib.


O, deyib ki, İran istənilən miqdarda Azərbaycan qazı ala bilər.


İran habelə Azərbaycan qazını Avropaya nəql edəcək «Nabukko» layihəsinə də qoşulmaq istəyir:


«Avropa ölkələri tərəfindən bizə bir sıra müraciətlər olub. Müzakirələr də aparılıb. Biz indi bu müzakirələrdə öz mənafeyimizi araşdırırıq. Onların bizim qaza çox güclü ehtiyacları var».


İran diplomatı habelə təklif edir ki, Azərbaycan enerji resurslarını həm də alternativ istiqamətlərdə, məsələn, Xəzərdən Fars körfəzinə çəkilən 1500 kilometrlik «Neka-Cas» kəmərilə də nəql etsin.


Son günlər Azərbaycan qazının alınması üçün həm Rusiya, həm də İsraildən təkliflər gəlib. Ancaq ölkə rəsmilərinin bu təkliflərə münasibəti hələlik bəlli deyil.


Geoloji kəşfiyyat məlumatlarına əsasən, Azərbaycan «Şahdəniz» qaz yatağı da daxil olmaqla 1,5 trln kub. m-ə qədər qaz ehtiyatına malikdir.


2010-11-ci illərdə «Şahdəniz»dən qaz çıxarılması maksimal həddə çatacaq.


«Şahdəniz» qaz yatağının operatoru isə «bp» şirkətidir. Bu yataqdan çıxarılan qazın Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixracı nəzərdə tutulur. Avropa Birliyi Rusiyadan enerji asılılığın qarşısını almaq üçün bu qazın idxalında maraqlıdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG