Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Azərbaycanda insan alverinə qarşı mübarizə zəifləyib


«Məhkəmədə zərərçəkən əvəzinə bəzən insan alverinin qurbanı özü cəzalandırılır»
«Məhkəmədə zərərçəkən əvəzinə bəzən insan alverinin qurbanı özü cəzalandırılır»

Ötən il Azərbaycanın hüquq-mühafizə orqanlarının insan alverinə qarşı mübarizəsi zəifləyib. Bu barədə Amerika Dövlət Departamentinin dünya ölkələrində insan alveriylə bağlı son hesabatında bildirir. Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, qanunlar insan alveriylə məşğul olanlara 15 ilə qədər cəza nəzərdə tutur, amma reallıqda isə keçən il məhkəmələr belə şəxslərin yarısından çoxuna yüngül cəza veriblər. İnsan alveri ilə məşğul olanların bir qismi ya ev dustaqlığı, ya da şərti cəza ilə cəzalanıblar, qalanlarına isə 1 ildən 10 iləcən həbs cəzası verilib.


Hesabatda deyilir ki, yerli qeyri-hökumət təşkilatlarının bildirdiyinə görə, məhkəmələrdəki korrupsiya insan alverinə qarşı mübarizəni çətinləşdirir.


Amerika Dövlət Departamenti hesab edir ki, Azərbaycandan qadınlar cinsi istismar üçün əsasən Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır. Bundan başqa Azərbaycan həm də Orta Asiyadan Türkiyəyə gedən insan alveri marşrutunda tranzit ölkədir.


İnsan alveri ilə bağlı hesabat dünyanın 170 ölkəsini əhatə edir.


«Təmiz Dünya» təşkilatının rəhbəri Mehriban Zeynalova isə Azərbaycanın hüquq-mühafizə orqanlarının insan alverçilərinə qarşı mübarizəsinin zəifləməsi ilə bağlı deyilənlərlə razılaşmır. Ancaq o, məhkəmələrin insan alveri ilə məşğul olanlara yüngül cəzalar kəsməsi faktını təsdiqləyib. Mehriban Zeynalovaya görə, elə bu səbəbdən zərərçəkən əvəzinə bəzən qurban özü cəzalandırılır.


XS
SM
MD
LG