Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:27

«Bu fikri söyləyərkən nazir vətəndaş mövqeyindən çıxış edib»


Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu

«Silahlı Qüvvələrin İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsində heç bir mübahisəli məsələ görmürəm».


Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu iyunun 4-də keçirdiyi mətbuat konfransında belə deyib.


Eldar Sabiroğlu: «Bu fikri söyləyərkən nazir vətəndaş mövqeyindən çıxış edib. Bu mövqeyə hər bir Azərbaycan vətəndaşı malikdir».


Bu ilin mayında Azərbaycan Silahlı Qüvvələri İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Bu təkliflə Müdafiə naziri Səfər Əbiyev Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən yubiley mərasimində çıxış edib. O, deyib ki, prezident İlham Əliyevin qayğısı sayəsində Azərbaycan ordusu möhkəmlənib, bölgədə nüfuzu artıb.


Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu isə deyib ki, tədbir iştirakçıları nazirin bu təklifini yekdilliklə qəbul edib.


Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə bildirib ki, Silahlı Qüvvələr siyasətdən kənarda olmalıdır. Onun sözlərinə görə, ordunun siyasətdən kənarda qalması konstitusiyada da çox aydın yazılıb.


Müdafiə nazirinin təklifi ölkə müxalifəti tərəfindən də narazılıqla qarşılanıb.


Azərbaycanda prezident seçkisi bu ilin oktyabrında keçiriləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG