Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:34

Qoşunların təmas xəttində monitorinq baş tutmayıb


İyunun 3-də ATƏT-in qoşunların təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinqi baş tutmayıb. ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri keçirdikləri brifinqdə jurnalistlərə deyiblər ki, monitorinqin baş tutması üçün Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi icazəsi olmalıdı. Amma bu sənəd vaxtında hazırlanıb onlara təqdim olunmayıb.


XİN-in Mətbuat Xidmətinin rəhbəri Xəzər İbrahim isə «Azadlıq» radiosuna deyib ki, monitorinq baş tutub, ancaq başqa bölgədə: «Ermənilərin atəşkəsi pozduğu ərazidə monitorinq keçirilib, amma Məzəm kəndində yox».


Azərbaycan Müdafiə Nazirliyi isə mətbuata açıqlamasında bildirir ki, Qazax rayonunda ATƏT nümayəndələrinə cəbhə xəttində baş verən hadisələr barədə məlumat verilib.


Onlar da bu məlumatla kifayətlənib Məzəm kəndinə getməkdən imtina ediblər.


ATƏT-in qoşunların təmas xəttində növbəti monitorinqi Qazaxın Məzəm kəndində keçirilməliydi.


Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü ildə bağlanıb. Ancaq atəşkəs rejimi tez-tez pozulur. Tərəflər bunda bir-birini ittiham edirlər.


XS
SM
MD
LG