Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:20

«Çirkab suların 70 faizi təmizlənmədən dənizə axıdılır»


«Dənizin bu səviyyədə çirkləndirilməsinin qarşısını almaq üçün hökumət əsaslı tədbirlər görməlidir»
«Dənizin bu səviyyədə çirkləndirilməsinin qarşısını almaq üçün hökumət əsaslı tədbirlər görməlidir»

«Bakıda çirkab suların 70 faizi təmizlənmədən torpağa və dənizə axıdılır». Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov belə deyir. Onun sözlərinə görə, çirkli su məsələsi paytaxtın ən ciddi ekoloji problemlərindəndir. Çünki çirkab suların emalı çox aşağı səviyyədədir: «Bakının ən ciddi problemlərindən biri çirkab suların emalının çox aşağı səviyyədə olmasıdır. Abşeron yarımadasında yalnız Hövsan təmizləyici qurğusu 30 faiz güclə işləyir. Bu, o deməkdir ki, çirkli suların 70 faizi təmizlənmədən dənizə axıdılır».


H.Bağırov onu da deyib ki, iki il ərzində «Azərsu» Səhmdar Cəmiyyəti özünə aid qurğuların təmirini başa çatdırsa, dənizə bir damla da çirkli su axıdılmayacaq: «Bakıda gündə 100-200 min kilometr su axıdılan ərazilər var. Onlar hamısı Hövsandakı qurğuya yönəldilsə və 2-3 ilə «Azərsu» özünə aid qurğuların təmirini başa çatdırsa, dənizə bir damla da çirkli su axıdılmayacaq».


Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov isə bildirir ki, dənizin bu səviyyədə çirkləndirilməsinin qarşısını almaq üçün hökumət əsaslı tədbirlər görməlidir. Birinci növbədə Xəzərə axıdılan suların tərkibinə nəzarət olunmalıdır.


«Azərsu» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Aqşin Rüstəmov isə deyir ki, çirkli suların qarşısının alınması üçün indiyə qədər bir neçə su anbarı, suqəbuledici komplekslər tikilib. Qarşıdakı illərdə çirkli sular üçün anbarların tikilməsi, kanalizasiya nasos stansiyalarının yenidən qurulması planlaşdırılır.


Şəhərin kanalizasiya şəbəkəsinin yeniləşdirilməsi isə neçə illərin problemi olaraq qalır. Bakı Kanalizasiya İdarəsindən bildirirlər ki, bu sistem hazırda gücü çatdığı səviyyədə işləyir. İdarənin imkanlarının artırılması üçün isə milyardlarla manat tələb olunur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, son 4 ayda Abşeron yarımadasının şimal sahilində 61 km ərazi çirkabdan təmizlənib. Hər gün çirkli suların axıdıldığı ərazilər isə bundan qat-qat çoxdur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG