Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Eynulla Fətullayevin kassasiya şikayəti təmin olunmadı


İyunun 3-də Ali Məhkəmədə hakim Müzəfər Ağazadənin sədrliyi ilə «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin kassasiya şikayətinə baxılıb. Bu haqda «Azadlıq» radiosuna Fətullayevin vəkili İsaxan Aşurov məlumat verib. Onun sözlərinə görə, jurnalistin şikayəti təmin olunmayıb: «Artıq bui şlə bağlı Azərbaycanda bütün yeli hüquq müdafiə vasitələri tükəndi. Ona görə də Avropra Məhkəməsinə müraciət etməyi dşünürük».


Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor Cinayət Məcəlləsinin terrorçuluqla hədələmə, vergi ödəməkdən yayınma, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri üzrə ittiham edilib.


XS
SM
MD
LG