Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Qarabağ atı Almaniyada…


«O vaxtacan mənim çox atlarım olmuşdu, amma «İnturist» onların hamısından yaxşı idi», sentyabr 2007
«O vaxtacan mənim çox atlarım olmuşdu, amma «İnturist» onların hamısından yaxşı idi», sentyabr 2007

«Həmyerli»nin bu sayının müəllifi Rövşən Qənbərovun səfəri Almaniya, Amerika və Türkiyəyədir. Onun hazırladığı verilişin səs yazısı diqqətinizə aşağıdakı mövzuları təqdim edir.


Atlar avropalılara Azərbaycanı sevdirir


«O vaxtacan mənim çox atlarım olmuşdu: alman atları, ərəb atları, amma «İnturist» onların hamısından yaxşı idi. Əsl sadiq dost idi. Ona görə də məndə Qarabağ atlarını çoxaltmaq istəyi yarandı...»


Bir azərbaycanlı rəssamın çəkdiyi portret Türkiyədə az qala yarım milyon dollara satıldı


«Türkiyədə fəaliyyət göstərən, daha doğrusu, fəaliyyət göstərmək istəyən azərbaycanlı rəssamların 4-cü kateqoriyası maraqlı bir qrupun nümayəndələrindən ibarətdir. Bu qrupa daxil olan adamlar haqqında onu deyə bilərik ki, onların bəziləri dünyagörüşü etibarilə sənətkar deyil, məsələn, qoçuları xatırladırlar...»


Amerikada Azərbaycan ədəbiyyatı hələ də 1960-cı illərdədir


Amerika üçün Qafqazın, xüsusən də Azərbaycanın strateji əhəmiyyəti artır. Qafqaza maraq da artır, amma bölgənin bu gününü anlamaq üçün gərək tarixini biləsən. Tərəfsiz-qərəzsiz tarix əsəri tapmaq isə asan məsələ deyil. Amerikada XIX əsr Azərbaycan mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun «Gülüstani İrəm» tarixi əsəri ingiliscəyə tərcümə olunub. Tərcümə edəni Corc Vaşinqton Universitetinin professoru, Azərbaycan, fars və ingilis ədəbiyyatı üzrə mütəxəssis, əslən Təbrizdən olan Həsən Cavadidir. Amma kitabın çapı mümkün olmur. Həsən Cavadi deyir ki, əsər Qafqazda yaşayan, məskunlaşan müxtəlif xalqların, tayfaların haqqında maraqlı məlumatlar verir. Və Bakıxanovun bu əsəri bölgədəki indiki vəziyyəti, münaqişələri amerikalıların daha yaxşı başa düşməsinə kömək edə bilər.


XS
SM
MD
LG