Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Joze Mourinyo «İnter»lə üçillik müqavilə imzaladı


Joze Mourinyo İtaliyanın «İnter» klubu ilə üçillik müqavilə imzaladı. Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, portuqaliyalı mütəxəssis hər ilinə görə, təxminən yeddi milyon funt-sterlinq məbləğində məvacib alacaq.


Ötən ilin sentyabrından Joze Mourinyo işsiz qalmışdı. Həmin vaxt o İngiltərənin «Çelsi» kulubundan istefaya göndərilmişdi.


Məşqçilik fəaliyyəti dönəmində Mourinyo «Portu» ilə iki dəfə Portuqaliya çempionluğunu, Portuqaliya Kubokunu, UEFA Kubokunu, Çempionlar Liqasını, «Çelsi» ilə isə iki dəfə premyer liqanı, iki dəfə liqa Kubokunu və bir dəfə İngiltərə Kubokunu qazanıb.


XS
SM
MD
LG