Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 18:45

Məzahir Pənahov səfirlərin görüşünə çağırıldı


ATƏT ölkələrinin Bakıdakı səfirləri təşkilatın Bakı Ofisinə yığışıblar
ATƏT ölkələrinin Bakıdakı səfirləri təşkilatın Bakı Ofisinə yığışıblar

ATƏT ölkələrinin Bakıdakı səfirləri təşkilatın Bakı Ofisinə yığışıblar. Məqsəd ölkədəki seçkiqabağı vəziyyəti və Seçki Məcəlləsinə dəyişikliyi müzakirə etməkdir.


ATƏT nümayəndəsi «Azadlıq» radiosuna deyib ki, bu, ənənəvi toplantıdır. Səfirlərin brifinqi ölkədəki vəziyyəti təhlil etmək xarakteri daşıyır.


Nümayəndə həmçinin deyib ki, bu görüş ATƏT-ə üzv olan ölkələrin Azərbaycanla bağlı birgə rəyinin formalaşmasına səbəb olacaq.


***


Görüşə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da dəvət edilib. Pənahov «Azadlıq» radiosuna deyib ki, ATƏT səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Seçki Məcəlləsi ilə bağlı dəyişikliklərə münasibətlərini bildiriblər: «Mən isə onlara opponentlik etdim».


M.Pənahov bildirib ki, Seçki Məcəlləsinə edilən dəyişikliklər normaldır: «Hətta demokratik seçki keçirən ölkələrin standartlarına uyğundur».


Seçki kampaniyasının müddətinin azaldılması ilə bağlı tənqidlərə MSK sədri belə cavab verib ki, demokratik standartları təyin edən ölkələrdə bu müddət iki ay, bəzən isə üç həftədir.


Pənahov deyib ki, səfirlər nə istəyir danışdılar: «Bizim üçün əsas göstərici Azərbaycanın maraqlarıdır: demokratik prinsipləri Azərbaycan şəraitində nə cür təsdiq edək. Buna görə, bizə heç kəsin diqtəsi lazım deyil».


Məzahir Pənahov deyib ki, Azərbaycan özü Seçki Məcəlləsinə dəyişikliyin tərəfdarı idi və bunu da edib.


MSK sədri onu da bildirib ki, bu cür görüşlər ölkədəki seçkiqabağı vəziyyət barədə dolğun təsəvvür formalaşdırır.


XS
SM
MD
LG