Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

«Gün-səhər» qəzeti bağlandı


Gündəlik nəşr olunan «Gün-səhər» qəzeti maliyyə problemləri ucbatından fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olub. Bu barədə «Azadlıq» radiosuna qəzetin baş redaktoru Qabil Abbasoğlu məlumat verib. Onun sözlərinə görə, ölkədə gedən sürətli bahalaşma qəzetin fəaliyyətini iflic vəziyyətinə salıb:


«Yanvar ayından indiyə kağız 150 manat bahalaşıb. Bu gündən nəşriyyat kommunal xərcləri 25 faiz artırdı. Arxasınca çap xərcinin də artacağı gözlənir».


Ancaq Qabil Abbasoğlu deyir ki, onlar qəzetin nəşrinin tam dayanacaqlarını və ya həftəlik nəşrə keçəcəklərini hələ dəqiq bilmirlər. Qəzet həftəlik çıxdığı təqdirdə kollektivdə ixtisarlar gözlənir.


«Gün-səhər» gündəlik ictimai qəzet kimi 2005-ci ilin yanvarından nəşr olunur.


XS
SM
MD
LG