Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:26

Rüşvət üstə 6 universitet müəllimi tədrisdən uzaqlaşdırılıb


Müəllimlərin tədris prosesinə qayıtması üçün Elmi Şuranın rəyi lazım olacaq
Müəllimlərin tədris prosesinə qayıtması üçün Elmi Şuranın rəyi lazım olacaq

Bakı Dövlət Universitetinin (BDU) 6 müəlliminin rüşvət ittihamıyla tədris prosesindən uzaqlaşdırıldığı xəbər verilir. BDU-nun Həmkarlar İttifaqının sədri Fikrət Şirəliyev «Azadlıq» radiosuna məlumatı təsdiqləyib.


O, bir neçə müəllimin tədris prosesindən uzaqlaşdırıldığını bildirib, amma bunun rüşvət amiliylə bağlı olmadığını söyləyib. Onun sözlərinə görə, bu ilin qış imtahan sessiyasından sonra Elmi Şurada universitetin altı müəlliminin işində ciddi nöqsanlara yol verməsi müzakirə olunub və onlar tədris prosesindən uzaqlaşdırılıb elmi işlərə yönəldiliblər.


«Bu inzibati cəzadır. Tədris prosesinə qayıtması üçün Elmi Şuranın rəyi lazım olacaq.


Tədris prosesindən uzaqlaşdırılanlar riyaziyyat, fizika, kimya fakültələrinin müəllimləridir». Onların sırasında elmi dərəcəsi olanlar da var.


Adının çəkilməsini istəməyən müəllimlərdən biri isə «Azadlıq» radiosuna bildirib ki, onlar qərarı əsassız sayırlar.



XS
SM
MD
LG