Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:37

100 lehinə, 3 əleyhinə, 1 bitərəf. Seçki Məcəlləsi qəbul olundu


Deputatlar müzakirələri başa çatdırdılar
Deputatlar müzakirələri başa çatdırdılar

Parlament iyunun 2-də keçirilən iclasında Seçki Məcəlləsi qəbul olunub.


Məcəlləyə dəyişikliklərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov məlumat verib.


Müzakirələrdən sonra səsvermə keçirilib. 100 nəfər Məcəllənin lehinə, 3 əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.


Yeni layihəyə görə prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Bu barədə ötən müzakirələrdə deputatlar Fəzail Ağamalı və Siyavuş Novruz təklif ediblər.


Namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın isə 40 minə endirilməsi nəzərdə tutulur. Bundan əlavə seçki təbliğatı 120 gündən 75 günə endirilir.


Birinci vitse-spiker Ziyafət Əsgərov seçki komissiyalarının paritet əsasda formalaşdırılması barədə təkliflərin müzakirə edilməyəcəyini bildirib: «Paritet məsələsini birdəfəlik yığışdırmaq lazımdır. Müxalifət 2000, 2003-cü il seçkilərində cığallıq edərək paritetin mümkün olmadığını göstərdi».


Avropa Şurasının Venesiya Komissiyası bütün tərəfləri qane edəcək komissiyalarının formalaşdırılmasını tövsiyə edib. Ölkə müxalifəti də indiki tərkibdə seçki komissiyalarına etimad göstərmədiyini bildirib.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG