Mayın 31-də Azərbaycanda orta məktəb şagirdlərinin Son Zəng bayramı qeyd olunub.
Paytaxtdakı bütün orta məktəblərdə bayram şənlikləri təşkil olunub.
Günün ikinci yarısında isə paytaxtın ayrı-ayrı orta məktəblərinin məzunları Milli Parka toplaşıblar. Dənizkənarı Bulvar İdarəsinin (DBİ) mühafizə xidməti, həmçinin Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları Milli Parkda gücləndirilmiş iş rejimində işləyib.
Bu il Azərbaycanda orta məktəbləri 121 244 nəfər bitirir. / APA /
Naxçıvanda isə şagirdlərə Son Zəng şənliklərini yalnız məktəbin özündə keçirmək tapşırılıb. Naxçıvandakı müxbirimiz xəbər verir ki, burada məzunlar məktəblərdən çölə buraxılmayıblar. Şagirdlər səhər saat 8:30-dan axşam saat 19:30-dək məktəbdə qalmalı olublar. Rəsmilər deyiblər ki, təhlükəsizlik üçün məzunlar ancaq məktəblərdə olmalıdır.
Şəhərin mərkəzində yerləşən məktəblərdə hətta valideynlərin də övladlarını məktəblərdə təbrik etmələrinə icazə verilməyib, onlar sadəcə olaraq məktəblərə buraxılmayıb. Bunu da təhlükəsizlik tədbirləri ilə izah ediblər.