Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Hər il tütündən 5 milyondan çox adam ölür


Mayın 31-i ümumdünya tütün istifadasi ilə mübarizə günüdür
Mayın 31-i ümumdünya tütün istifadasi ilə mübarizə günüdür

«Tütün dünyada qarşısı alına bilinən əsas ölüm gətiricilərindən biridir və o özünün müntəzəm istifadəçilərinin 50 faizinin ölümünə səbəb olur». Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi tərəfindən yayılmış məlumatda belə deyilir: «Tütün məmulatlarından istifadə ildə 5,4 milyon adamın həyatdan getməsinə səbəb olur. Bu, orta hesabla hər altı saniyədə bir nəfərin ölümü deməkdir. 20-ci əsrdə tütündən istifadə 100 milyon nəfərin ölümünə səbəb olub. Əgər vəziyyət belə məcrada davam edərsə, 21-ci əsrdə insan ölümlərinin sayı bir milyarda çatacaq».


Məlumatda deyilir ki, bütün dünya üzrə insanların çoxu 18 yaşından əvvəl siqaret çəkməyə başlayır: «Həmin insanların dörddən biri hətta siqaret çəkməyə 10 yaşından da öncə başlayır. İnsanlar nə qədər erkən gənclik dövründə siqaret çəkməyə başlayırlarsa, onların siqaretə öyrəşmə halı daha çox, onu tərgitmə ehtimalları isə daha azdır».


ÜST hesab edir ki, gəncləri tütünün zərərindən qorumağın ən effektiv vasitələrindən biri tütün məhsullarının reklamına və hər hansı bir tədbirin və ya fəaliyyət növünün siqaret sənayesi tərəfindən sponsorluq etməsinə qadağa qoymaqdır.


Ümumdünya tütün istifadasi ilə mübarizə gününü Ümumdünya Səhiyyə Təşkilatına üzv dövlətlər 1987-ci ildə təsis ediblər. Həmin gün hər il may ayının 31-i dünyada qeyd olunur.


Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir.


XS
SM
MD
LG