«Avropa Şurası Venesiya Komissiyasının «Seçki Məcəlləsi ilə bağlı razılaşmadığı məqamlar var. Məcəllə bu şəkildə qəbul ediləcəksə, problem olacaq»- Venesiya Komissiyasına üzvü Lətif Hüseynov belə deyir.
O, bildirir ki, Venesiya Komissiyası seçki komissiyasının tərkibi dəyişdirilməsini təklif edir, amma bu layihədə nəzərə alınmayıb: «Konkret mexanizm demirlər. Sadəcə olaraq deyirlər ki, seçki komissiyalarının tərkibini elə dəyişin ki, bu seçkidə iştirak edən bütün qüvvələrin marağını təmin etsin. Amma layihədə bu nəzərə alınmayıb».
Venesiya komissiyası exit-pol keçirən təşkilatların Mərkəzi Seçki Komissiyasında akkreditasiyasına ehtiyac olmadığını bildirib.
Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişikliklərə görə, prezidentliyə namizədlərin telekanal və radiolarda təbliğatı məhdudlaşdırılıb. Məcəllənin qəbul olunacağı təqdirdə prezidentliyə namizədlər yalnız İctimai Televiziyada pulsuz efir vaxtından istifadə edə biləcəklər.