Keçid linkləri

2024, 07 Sentyabr, şənbə, Bakı vaxtı 14:15

Qasırğa Naxçıvanı iflic etdi


Güclü külək ölkənin cənub bölgəsinə də ciddi ziyan vurub
Güclü külək ölkənin cənub bölgəsinə də ciddi ziyan vurub

Mayın 29-u axşam saatlarında Naxçıvan Muxtar Respublikası ərazisində əsən güclü külək kənd təsərrüfatına və enerji sektoruna ciddi ziyan vurub. Güclü külək evlərin dam örtüyünü dağıdıb, ağacları kökündən çıxarıb, çoxlu sayda elektrik dirəklərinin və naqillərin qırılmasına səbəb olub. Gecə saatlarında əksər rayonlar işıqsız qalıb. Muxtar Respublika Energetika Agentliyindən bildiriblər ki, enerji nəqlinin bərpası üçün işlər davam edir. Bəzi rayonlara elektrik enerjisinin verilməsi qismən bərpa olunsa da, Şərur rayonunun əksər kəndləri hələ də işıqsızdır. Şahbuz, Ordubad və Culfa rayonlarında da eyni vəziyyət müşahidə olunur.


Sürəti saniyədə təxminən 30-32 metrə çatan külək meyvə ağaclarını da məhv edib. Küləyin güclü yağışla müşayiət olunması taxıl zəmilərindən də ziyansız ötüşməyib. Əsas dağlara qar düşdüyündən havanın temperaturu nisbətən aşağı düşüb. Qasırğanın vurduğu ziyanın aradan qaldırılması üçün hazırda Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, idarə və müəssisələrin işçiləri, tələbələr səfərbər olunublar.



Güclü külək ölkənin cənub bölgəsində də enerji sektoruna, evlərə, əkin sahələrinə ciddi ziyan vurub.


Masallıda çoxlu sayda elektrik dirəyi və naqilinin qırılması xəbər verilir. Lənkəranın isə 30 faizi işıqsız qalıb. Axşam saatlarında Şəkidə də başlanan qasırğa nəticəsində rayon mərkəzinə bir müddət elektrik enerjisi verilməyib.


Güclü külək Gəncədə ictimai binalar və fərdi yaşayış evlərinə ciddi ziyan vurub.


Tərtər və Bərdə rayonlarında küləyin sürətinin saniyədə 35 metrə çatıb. «ANS» xəbər verir ki, Bərdə rayonunda 300 evin, 40 məktəbin dam örtüyü uçub. Bəzi kəndlərin rabitə xətləri kəsilib.


İsmayıllı rayonunda isə əhalinin əksəriyyəti qəzalı vəziyyətdə olduğu üçün evlərinə girə bilmirlər. Kənd sakinləri son 60-70 ildə belə güclü külək müşahidə etmədiklərini deyirlər.


XS
SM
MD
LG