Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:30

«Seçki Azərbaycanın demokratiyaya sadiqliyinin göstəricisi olacaq»


«Azərbaycanda prezident seçkisinin azad və ədalətli keçməsini gözləyirik»

«Qarşıdakı seçki Azərbaycanın demokratiyaya nə dərəcədə sadiqliyinin göstəricisi olacaq».


Bunu «Azadlıq» radiosuna müsahibəsində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçinin müavini Devid Merkel deyib.


O, ümid edib ki, builki seçki əvvəlkilərdən daha yaxşı təşkil ediləcək:


«Azərbaycanda prezident seçkisinin azad və ədalətli keçməsini gözləyirik. Hökumətlə bu sahədə işləyirik. Ümid edirik ki, bütün maraqlı qüvvələr, o cümlədən vətəndaş cəmiyyəti də ölkədə normal seçki keçirilməsi üçün çalışacaq. Amerika hökuməti olaraq buna dəstək verməyə hazırıq».


Merkel deyib ki, Azərbaycan üçün bu seçki birgə dəyərlərə münasibət baxımından daha çox əlverişlidir.


Öz növbəsində, ABŞ qanunun aliliyinə, vətəndaş cəmiyyətinə, müstəqil mətbuata, siyasi proseslərə dəstək naminə Bakı ilə işləməyə hazırdır.


Azərbaycanda prezident seçkisi bu ilin oktyabr ayında keçiriləcək.


XS
SM
MD
LG