Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:10

«Demokratik seçki Qarabağ münaqişəsinin həlli üçün addım olacaq»


«Bakı bir sıra islahatlar həyata keçirməlidir»
«Bakı bir sıra islahatlar həyata keçirməlidir»

«Azərbaycan demokratik seçki keçirə bilsə, bu, Qarabağ münaqişəsinin həlli üçün addım olacaq».


Bunu «Azadlıq» radiosuna müsahibəsində ABŞ-ın Con Hopkins Universitetinin Qafqaz və Orta Asiya üzrə tədqiqat direktoru Svante Kornell bildirib.


O, deyib ki, Ermənistandakı son seçkilər ölkənin beynəlxalq nüfuzuna zərbə vurub. Öz növbəsində, Azərbaycan oktyabr ayında ədalətli seçki keçirməklə öz mövqeyini möhkəmləndirə bilər:


«Belə vəziyyətdə Qərb münaqişəyə daha böyük önəm verəcək. Bu isə, konfliktin sülh yolu ilə həlli imkanlarını artıracaq».


Kornell deyib ki, demokratik seçkilər həmçinin Azərbaycanın müstəqil və balanslı siyasət yürütməsi üçün də vacibdir. Belə ki, Qərblə əlaqələrin yaxşılaşması Rusiya və İranın Azərbaycana təhdidlərini azaldacaq.


Amma ekspertin fikrincə, demokratik seçki üçün Bakı bir sıra islahatlar həyata keçirməlidir:


«Seçki kampaniyasında bütün siyasi qüvvələrə bərabər şərait yaradılmalı, medianın fəaliyyəti yaxşılaşdırılmalı və bölgələrdə insanların seçiminə müdaxilə olunmaması barədə prezidentdən məmurlara konkret siqnallar verilməlidir».


Kornell deyir ki, ən vacibi bu islahatların vaxtında həyata keçirilməsidir. Belə ki, əvvəlki seçkilərdə Azərbaycan oxşar addımlar atıb, amma bunlar gec olub.


Svante Kornell onu da deyib ki, əgər Azərbaycan demokratik seçkilər keçirməsə, Venesuela, Səudiyyə Ərəbistanı və İran kimi ölkələrin vəziyyətinə düşəcək:


«Neft ölkələrinin çoxu qeyri-demokratik olduğu üçün, Azərbaycanın islahatları daha inandırıcı olmalıdır».


Qarabağ danışıqlarına gəlincə, Kornell deyir ki, münaqişənin sülh yolu ilə həlli üçün Bakı öz planını irəli sürməlidir. Onun fikrincə, bu plan Gürcüstanın etdiyi kimi, məsələn, münaqişə bölgəsinə gələcəkdə investisiyaların qoyulması, bölgə əhalisinə yaradıla biləcək imkanlar və sair ola bilər:


«Bu addım Azərbaycanın ciddi qəbul olunmasına imkan verəcək. O zaman dünya başa düşəcək ki, Azərbaycan təkcə münaqişənin həllini istəmir, özü də buna çalışır».


Gürcüstan bu ilin mart ayında Abxaziya münaqişəsi ilə bağlı sülh planı irəli sürüb. Beş səhifəlik planda Abxaziyada sərbəst iqtisadi zonanın yaradılması, bölgə rəhbərliyinə Gürcüstanın vitse-prezidenti postunun verilməsi və başqa təkliflər daxildir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG