Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 03:14

Buş İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi


Corc Buş, 10 aprel 2008
Corc Buş, 10 aprel 2008

ABŞ prezidenti Corc Buş azərbaycanlı həmkarı İlham Əliyevi və Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib.


Təbrikdə deyilir: «Biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinin təmin edilməsində və Azərbaycanın Avroatlantik birliyi ilə əlaqələrinin, o cümlədən demokratik təsisatları inkişaf etdirmək yolu ilə, gücləndirilməsində həlledici tərəfdaş kimi Azərbaycanla işləməyə hazırıq».


Corc Buş Azərbaycanın Əfqanıstana dəstəyini artırmaq üçün göstərdiyi son səyləri yüksək qiymətləndirir: «İkitərəfli tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyinə ümidvaram».


Bu yaxınlarda Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını artırıb.


XS
SM
MD
LG