«Yeni Azərbaycan Partiyası (YAP) seçki kampaniyasına hazırdır». Hakim partiyanın icra katibi Əli Əhmədov belə deyir. Əhmədovun sözlərinə görə, onlar qarşıdan gələn prezident seçkisinin İlham Əliyevin böyük qələbəsi ilə nəticələnəcəyinə qəti şəkildə əmindirlər: «Seçki kampaniyasını həyata keçirmək, uğurunu təmin etmək üçün ilkin hazırlıqlar görülüb».
Əli Əhmədov hesab edir ki, Azərbaycanda əldə edilən nailiyyətlər, ölkənin qazandığı uğurlar YAP-ın namizədinin vətəndaşlar tərəfindən ciddi şəkildə dəstəkləndiyini əsaslandıran səbəblərdir.
Azərbaycanda prezident seçkisi bu ilin oktyabrında keçiriləcək.