Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:03

Çində zəlzələni əvvəlcədən bilirmişlər…


Çində zəlzələ nəticəsində minlərlə insanın həlak olub
Çində zəlzələ nəticəsində minlərlə insanın həlak olub

Məlumatlara görə Çində - Uxan şəhərində zəlzələdən öncə zooparkdakı zebra, fil, şir və pələnglər qəribə hərəkətlər ediblər. "The Associated Press" yerli qəzetə istinadən yazıb ki, fillər xortumlarını vəhşicəsinə yellədiblər, zebralar isə başlarını qapıya vurublar.

Kaliforniya Texniki İnstitutundan geobiologiya üzrə professor Co Kirşvink isə bu məsələdə bir qədər tərəddüd edir. Deyir ki, düzdür, heyvanlar insanlara nisbətən titrəyişə qarşı daha həssasdırlar. Amma bunun üçün heyvanlar zəlzələnin episentrinə kifayət qədər yaxın olmalıdırlar. Uxan şəhəri isə zəlzələnin episentrindən 965 kilometr aralıda yerləşir.

Co Kirşvink deyir ki, zəlzələ kimi hadisələrdən sonra insanlar yaddaşlarında qalan davranışlara müxtəlif cür şərhlər verə bilirlər: "Tarix boyu zəlzələlərdən sonra belə məlumatlar olub ki, heyvanların davranışları zəlzələdən xəbər verir. Həmişə belə deyirlər ki, mənim də itim qəribə hərəkətlər edirdi, cücələr dəli kimi olmuşdular və ya inəyim sağılmağa qoymurdu və s. Problem odur ki, zəlzələdən əvvəl baş verən bu kimi davranışlar sübut olunmalıdır".

Minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən üç gün öncə Çinin Mianyanq şəhərində minlərlə qurbağa küçələrə doluşmuşdu. Küçələrə yığılan qurbağalar videolentə də alınıb. Mianyanq şəhəri zəlzələnin episentrindən 50 kilometrdən də az məsafədə yerləşir.

Co Kirşvink deyir ki, hələ 1975-ci ildə Çində heyvanların qəribə davranışları əsasında zəlzələnin olacağı əvvəlcədən xəbər verilmişdi və sakinlər də köçürülmüşdü. O zaman zəlzələləri öyrənən tədqiqatçılar heyvanların davranışlarını izah edə bilmirdilər. Çünki 1970-ci illərdə alimlər inanırdılar ki, heyvanların əksər davranışları artıq öyrənilib.

Bu gün isə alimlər başa düşürlər ki, heyvanların davranışlarının əksəriyyətinin genetik əsasları var. Təbii seçimin nəticəsi olaraq ilan və siçovulların nəsilləri zəlzələdən sağ çıxıblar, çünki onlar öz DNK-larında belə bir məlumat qoruyub saxlayıblar ki, yer titrəyəndə qaçmaq vaxtıdır.

Zəlzələdən öncə heyvanların reaksiyalarının dəqiq mexanizmi hələ də yaxşı başa düşülmür. Məsələn, Kirşvinkə görə, seysmoloqlar hələ də dəqiq bilmirlər ki, heyvanlar nəyə reaksiya verirlər.

Səkkiz il öncə Kirşvink təklif edib ki, zəlzələdən öncə heyvanların davranışlarına dair daha çox tədqiqatlar aparılsın. Amma dağıdıcı təsirə malik olmalarına baxmayaraq, zəlzələlərə dair tədqiqatlara həmişə kifayət qədər maliyyə ayrılmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG