Bu və digər suallara cavab tapmaqda İlkinə tarixçi alim Çingiz Məmmədov kömək edir. Bu müsahibənin səs yazısına qulaq assanız Çingiz Məmmədovun olduqca maraqlı elmi müddəaları ilə tanış ola bilərsiniz. Məsələn, o bildirir: «...istər Azərbaycan, istər İran, istərsə də Qərb tarixçiliyində tez-tez belə bir fikir səslənir ki, Azərbaycan İranın bir hissəsi olub, sonra Azərbaycanın bir hissəsi keçib Rusiya imperiyasının tərkibinə, qalan hissəsi isə qalıb İranda. Əlbəttə, bu fikir düz fikirdir. Amma burada bir mühüm, olduqca mühüm bir fakt unudulur...»
Nədir bu mühüm fakt? Çingiz Məmmədovu dinləyin.