Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 02:05

İlham Əliyevlə Ərdoğanın Naxçıvanda görüşü gözlənir


Vatikana rəsmi səfər, 8 aprel 2005
Vatikana rəsmi səfər, 8 aprel 2005

İyunun 4-də Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda görüşü gözlənir. Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan «Azadlıq» radiosuna deyiblər ki, məsələ ilə yalnız bu ölkənin Azərbaycandakı səfirliyi məşğuldur. Ancaq səfirlikdən hər hansı məlumat əldə etmək mümkün olmayıb.


Məlumata görə, görüşdə Naxçıvandan İstanbula hava reysinin açılması, Naxçıvan-Qars dəmiryol xəttinin çəkilişi və Türkiyədən Muxtar Respublikaya qaz kəmərinin çəkilişi məslələri müzakirə ediləcək.


Həmçinin Türkiyə ilə Naxçıvan arasındakı Sədərək-Dilucu gömrük keçid məntəqəsinin iş qrafikində dəyişiklik edilməsi gözlənir. Həmin gündən etibarən gömrük keçid məntəqəsinin 24 saatlıq iş rejiminə keçəcəyi bildirilir. Hazırda bu keçid məntəqəsi sutkada 14 saat işləyir.


Rəcəb Tayyib Ərdoğan 16 illik fasilədən sonra bu ölkənin Naxçıvana gələn ikinci Baş naziridir. Bundan əvvəl isə 1992-ci il mayın 28-də həmin vaxt Türkiyənin Baş naziri olmuş Süleyman Dəmirəl Sədərək-Dilucu gömrük kecid məntəqəsinin açılışı üçün Naxçıvana səfər etmişdi.


XS
SM
MD
LG