Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 12:12

«Bütün beynəlxalq təşkilatlar prezident seçkisini izləyə biləcəklər»


«Bütün müvafiq beynəlxalq təşkilatlar bu il Azərbaycanda keçiriləcək prezident seçkisini izləyə biləcəklər».


Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bəyan edib.


O, deyib ki, Bakı bu sahədə beynəlxalq əməkdaşlığa açıqdır və seçki marafonu elan olunandan sonra müvafiq qurumlara rəsmi məktub göndəriləcək: «Seçki qabağı və seçki dövründə biz bütün müvafiq beynəlxalq təşkilatlarla ən sıx və ən şəffaf formada əməkdaşlıq edəcəyik».


ATƏT, Avropa Şurası və digər təşkilatlar 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkisinin demokratik standartlara tam cavab vermədiyini bildirmişdilər.


XS
SM
MD
LG