Keçid linkləri

Təcili xəbərlər
2023, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:37

«Azərbaycanda alkoqollu içki istehsalı artıb»


Nazir deyir ki, ötən illə müqayisədə Azərbaycana araq idxalı 8 dəfəyə yaxın azalıb

«Bu il ölkədə alkoqollu içki istehsalı 2007-ci il ilə müqayisədə bir neçə dəfə artıb. İstehsal edilən məhsulun böyük hissəsi xaricə ixrac edilir». Kənd təsərrüfatı naziri İsmət Abbasov mayın 23-də keçirdiyi mətbuat konfransında belə deyib.


Nazir onu da bildirib ki, ötən illə müqayisədə Azərbaycana araq idxalı 8 dəfəyə yaxın azalıb. İsmət Abbasovun fikrincə bu, yerli istehsalın genişlənməsi ilə bağlıdır.


Hazırda Azərbaycanda alkoqollu içkilərin istehsalı ilə 44, pivə istehsalı ilə 35 müəssisə məşğul olur.


XS
SM
MD
LG