Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:13

Əli Kərimlinin məhkəməsi mayın 23-də davam etdiriləcək


2006-cı ildən Əli Kərimli yeni pasport ala bilmir
2006-cı ildən Əli Kərimli yeni pasport ala bilmir
AXCP sədri Əli Kərimlinin iddiası üzrə Nəsimi Rayon Məhkəməsində mayın 22-də başlayan proses sabah davam edəcək.

Kərimli 1994-cü ildə haqqında açılmış və hələ də xitam verilməmiş cinayət işinin ləğvini istəyir.


AXCP sədrinin vəkili Elçin Qəmbərov «Azadlıq» radiosuna deyib ki, o və müdafiə etdiyi şəxs prosesdə çıxış etdikdən sonra dövlət ittihamçısı yekun nitqə hazırlaşmaq üçün məhkəmədən bir gün vaxt istəyib.


2006-cı ildən Əli Kərimli yeni pasport ala bilmir. Daxili İşlər Nazirliyinin müvafiq idarəsi deyir ki, AXCP sədri haqqında 1994-cü ildə qanunsuz silah-sursat saxlama maddəsilə açılan cinayət işinə xitam verilmədiyindən ona pasport verilə bilməz.


Vəkil Elçin Qəmbərovun sözlərinə görə, qanunvericiliyə əsasən, beş il müddətinə xitam verilməli olan bu cinayət işi 12 ildir açıq qalıb.


Bu il fevralın 15-də Ali Məhkəmə AXCP sədrinin pasport iddiası üzrə şikayətini qismən təmin edib. Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib və işin mülki qaydada baxılmasına xitam verilib. Qərara alınıb ki, Əli Kərimli barəsində cinayət işinə xitam verilməsi ilə bağlı rayon məhkəməsinə müraciət olunsun.


Əli Kərimli haqda cinayət işini Nəsimi Rayon Prokurorluğu qaldırıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG