Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 06:21

Ukrayna və Azərbaycan Prezidentləri Şurası təsis edilib


Viktor Yuşşenko İlham Əliyevi «Knyaz Yaroslav Mudrıy» ordeni ilə təltif edib
Viktor Yuşşenko İlham Əliyevi «Knyaz Yaroslav Mudrıy» ordeni ilə təltif edib

Prezidentlər Viktor Yuşşenko və İlham Əliyev mayın 22-də onun Nizamnaməsini təsdiqləyiblər. Dövlət başçıları həmçinin Ukrayna ilə Azərbaycan arasında dostluq və strateji əməkdaşlığa dair Bəyannamə imzalayıblar.


İki ölkənin hökumətləri arasında isə 5 sənəd imzalanıb.


***


Mayın 22-də Kiyevdə Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycan prezidenti İlham Əliyevi birinci dərəcəli «Knyaz Yaroslav Mudrıy» ordeni ilə təltif edib. O, bu mükafata Ukrayna-Azərbaycan əlaqələrinin gücləndirilməsi sahəsində gördüyü işlərə görə layiq görülüb. Öz növbəsində İlham Əliyev ukraynalı həmkarını Heydər Əliyev ordeni ilə mükafatlandırıb.


***


Ukrayna Qazaxıstan və Azərbaycana öz ərazisində yeni neft emalı zavodları tikməyi təklif edir. Bu barədə prezident Viktor Yuşşenko mayın 22-də Kiyevdə energetika samitinin açılış mərasimində çıxışı zamanı bildirib. Məlumatı Ukrayna Milli İnformasiya Agentliyi yayıb.


V.Yuşşenko deyib ki, Ukrayna neft emalı sənayesinin inkişafında maraqlıdır. Buna görə də o, Qazaxıstan və Azərbaycana Ukraynanın mövcud imkanlarını öyrənməyi, Odessa-Brodı neft kəməri marşrutu istiqamətində yeni zavod tikməyi təklif edib.


Kiyevdəki enerji sammitində Xəzərin neft ehtiyatlarının Avropaya daşınması məsələsi müzakirə olunur. Bundan başqa, GUAM ölkələri ümumi enerji bazarının yaradılması məsələsi də diqqətdə saxlanılacaq.


Toplantıda 9 ölkənin - Ukrayna, Azərbaycan, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, Polşa və Rumıniyanın dövlət başçıları iştirak edirlər.


Sammit iki gün davam edəcək, mayın 23-də tərəflər Kiyev bəyannaməsi imzalayacaqlar.


Kiyev sammiti ötən il Krakov və Vilnüsdə keçirilmiş forumların davamıdır.


XS
SM
MD
LG