Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

«Azərbaycanlıların çoxu havayı yerə seçkilərdə iştirak etmək istəmirlər»


Seçkidə 150 deputat yeri uğrunda 3 siyasi blok, 9 partiya mübarizə aparır
Seçkidə 150 deputat yeri uğrunda 3 siyasi blok, 9 partiya mübarizə aparır

Gürcüstanda yaşayan azərbaycanlıların təşkilatları bu ölkədə keçirilən parlament seçkilərində müxtəlif partiyalardan olmaqla 12 nəfər azərbaycanlının da deputatlığa namizəd kimi iştirak etdiyini deyirlər. Onların 3-ü hakim Milli Hərəkat Partiyasındandır. Bəzi informasiya agentliklərində azərbaycanlı namizədlərin 14 nəfər olduğunu yazsalar da, yerli təşkilatlar onların cəmi 12 nəfər olduqlarını bildirirlər.


Gürcüstan azərbaycanlılarının Ziyalılar Birliyindən Mikayıl Osmanoğlu deyir ki, ölkədə seçkilər sakit və mütəşəkkil keçir. Azərbaycanlı namizədlərin şansları da pis deyil. Məsələn, onların Marneulidən olan namizədləri Azər Süleymanovun seçilmək ehtimalı böyükdür. Mikayıl Osmanoğlu seçkidə azərbaycanlı əhalinin aktiv iştirak etdiyini bildirir: «Günortadan sonra camaat məntəqələrə daha çox gəlir. Əhali kimə istəyir səs verir. Heç bir təzyiq yoxdur. Camaat da çalışır ki, seçilən deputat onun mənafeyini müdafiə edə bilsin».


Mikayıl Osmanoğlu deyir ki, müxalifət partiyaları qanunla nəzərdə tutulan baryeri keçsə, oradakı azərbaycanlıların da parlamentə düşmək ehtimalı var.


Amma bu fikirlərlə razılaşmayanlar da az deyil. Qonşu ölkədəki bəzi azərbaycanlılar hesab edirlər ki, Gürcüstan parlamentinə maksimum 3-4 azərbaycanlı düşə bilər.


«Gürcüstan Mənim Vətənimdir» Cəmiyyətinin sədri Əli Babayev isə deyir ki, indiki parlament seçkiləri Gürcüstan azərbaycanlıları üçün arzuolunan vəziyyətdə keçir. Yerli hakimiyyətin nümayəndələri tərəfindən azərbaycanlılara müəyyən təzyiqlər də var.


Əli Babayev hesab edir ki, əgər seçkilər ədalətli olmasa, Gürcüstan parlamentinə azərbaycanlıların prblemlərini həll edə bilməyən adamlar düşəcək.


Ümumiyyətlə, Gürcüstan parlamentində neçə nəfər azərbaycanlı deputatın olması, partiya siyahılarında azərbaycanlı nümayəndələrin hansı yerdə durması və sair bu kimi məsələlər həmişə qonşu ölkədə seçkilər zamanı müzakirə obyektinə çevrilib. Gürcüstan parlamentində cəmi 3 nəfər azərbaycanlı deputatın olmasını isə orada yaşayan azərbaycanlılar aşkar ədalətsizlik adlandırırlar.


«Qeyrət» Xalq Hərəkatının sədri Əlibala Əskərov deyir ki, azərbaycanlı namizədlərin sayının neçə nəfər olmasından asılı olmayaraq parlamentə yenə də ən yaxşı halda 3 nəfər keçəcək.


Əlibala Əskərov hesab edir ki, azərbaycanlılar Gürcüstanda say etibarı ilə gürcülərdən sonra ikinci yerdədilər. Əgər bölgü ədalətlə aparılsa, onların 20-yə yaxın nümayəndəsi parlamentdə oturmalıdır. O ki qaldı bu qədər əhalinin hazırda cəmi 12 namizədinin seçkilərdə mübarizə aparmasına, bunun da obyektiv səbəbi var. Belə ki, istər iqtidar, istərsə də müxalifət partiyalarının siyahılarında adətən azərbaycanlıların adları arxa yerlərdə olur. Ona görə hətta partiyalar qoyulmuş baryeri keçsə belə, onların parlamentə düşmək ehtimalı yoxdur. Bu səbəbdən də azərbaycanlıların çoxu havayı yerə seçkilərdə iştirak etmək istəmirlər. Elə bu kimi səbəblərdəndir ki, indiyə qədər Gürcüstandakı azərbaycanlıların mövcud olan dil, torpaq, təhsil və sair problemləri parlamentdə yetərincə qaldırılmayıb.


Gürcüstanda seçkidə 150 deputat yeri uğrunda 3 siyasi blok, 9 partiya mübarizə aparır. Bu seçkiləri müşahidə etmək üçün Azərbaycanın Mərkəzi Seçki Komissiyasından 4 nəfər qonşu ölkəyə ezam olunub.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG