Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:34

«Azərbaycan Gürcüstanın sponsoruna çevrilir»


Paytaxt Tbilisidə azərbaycanlıların kompakt yaşadığı «Şeytanbazar» məhəlləsi
Paytaxt Tbilisidə azərbaycanlıların kompakt yaşadığı «Şeytanbazar» məhəlləsi

«Gün səhər» yazır ki, Azərbaycan indi başqa ölkələrdə investisiya layihələri həyata keçirməyə üstünlük verir. Artıq neftdən əldə edilən gəlirlər hesabına Türkiyə, Gürcüstan, Ukraynada neft emalı müəssisələri tikilir.


«Ötən həftə Gürcüstanın Qara Dəniz sahilində yerləşən Kulevi limanında Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən inşa edilmiş böyük neft terminalının açılışı oldu. ARDNŞ prezidenti Rövnəq Abdullayevin verdiyi məlumata görə, Azərbaycanın Gürcüstana yatırdığı sərmayələrin həcmi getdikcə artır. 2007-ci ildə bu rəqəm 380 milyon dollar təşkil edib. Bu il isə sərmayə layihələrinin artırılması nəzərdə tutulur».


Qəzet yazır ki, Gürcüstan kimi iqtisadi problemləri olan ölkə üçün Azərbaycan tərəfindən yönələn sərmayələr mühüm əhəmiyyət daşıyır. Amma bunun Gürcüstanda yaşayan azərbaycanlılara nə qədər xeyri olacağı barədə dəqiq məlumat yoxdur.


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevin fikrincə, Azərbaycan Gürcüstanda və digər ölkələrdə sərmayə proqramları çərçivəsində istehsal müəssisələri yaradarkən azərbaycanlıların işlə təmin olunması şərtini irəli sürə bilər: «Bu sərmayə layihələri hansısa özəl şirkət tərəfindən həyata keçirilsəydi, məsuliyyəti də özü daşıyardı. Söhbət Dövlət Neft Şirkətinin yatırdığı sərmayələrdən gedirsə, bu artıq dövlət investisiyası deməkdir və ictimai vəsait sayılır. Bu baxımdan, həmin sərmayələrin əsaslandırılması və istifadəsi barədə geniş məlumat verilməlidir. Təəssüf ki, bu şəffaflıq təmin olunmur».


«Yeni Müsavat» xəbər verir ki, vəkili Əlayif Həsənov Bayıl təcridxanasında saxlanılan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüb. Vəkilin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsinin qərarı həbsxana rəhbərliyinə də, Q.Zahidin özünə də çatıb. Amma buna baxmayaraq baş redaktor hələ də cəzaçəkmə müəssisəsinə köçürülməyib: «Əslində qərarı alandan sonra 3-4 gün ərzində məhbusu kalona köçürməlidirlər. Qənimət Zahidlə bağlı qərarın həbsxanaya daxil olmasından 4 gün keçsə də, köçürülmə prosesi hələ də baş tutmayıb. Qənimət bəy isə Bayıldan mümkün qədər tez çıxmaq istəyir».


Vəkil deyir ki, çox böyük ehtimalla baş redaktoru ya 10, ya da 16 saylı cəzaçəkmə müəssisəsinə köçürəcəklər.


Azərbaycanda mədəni irsin qorunması və təbliği istiqamətində ciddi işlər görülür. Azərbaycanda muğamın inkişafına və təbliğinə xidmət edən layihələr icra olunur. Mayın 20-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin toplantısında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva belə deyib. «Azərbaycan» qəzeti yazır ki, xoşməramlı səfirlər dünyada savadlılığın dəstəklənməsi üzrə Bakıda keçirilin regional konfransı yüksək qiymətləndiriblər.


XS
SM
MD
LG